Bolqarıstanda temperatur rekordu qeydə alınıb

Digər ölkələr
  • 18 yanvar, 2023
  • 16:57
Bolqarıstanda temperatur rekordu qeydə alınıb

Bolqarıstanın meteoroloqları çərşənbə günü ölkədə temperatur rekordu qeydə alıblar.

"Report" xəbər verir ki, bu barədə Bolqarıstan Teleqraf Agentliyi məlumat yayıb.

Hava ölkənin şimal-şərq bölgəsində yerləşən Tırqovişte şəhərində çərşənbə günü 20 dərəcə selsiyə qədər yüksəlib.

Qeyd edilib ki, bu, 1955-ci ildə qeydə alınan rekord göstəricidən 3,5 dərəcə yüksəkdir. Bolqarıstanda adətən ilin bu vaxtında temperatur 0 dərəcə selsi səviyyəsində olur.