Bolqarıstanda pirotexnika zavodunun anbarında partlayış olub, yaralılar var

Bolqarıstanda pirotexnika zavodunun anbarında partlayış olub, yaralılar var Bolqarıstanın paytaxtı Sofiya yaxınlığındakı Elin Pelin kəndi ərazsində pirotexniki vasitələr istehsal edən fabrikinin anbarında yanğın baş verib.
Digər ölkələr
26 İyul , 2024 04:49
Bolqarıstanda pirotexnika zavodunun anbarında partlayış olub, yaralılar var

Bolqarıstanın paytaxtı Sofiya yaxınlığındakı Elin Pelin kəndi ərazsində pirotexniki vasitələr istehsal edən fabrikinin anbarında yanğın baş verib.

"Report" xəbər verir ki, bu barədə Bolqarıstan Teleqraf Agentliyi (BTA) məlumat yayıb.

Belə ki, yanğın saat 18:30 (Bakı vaxtı ilə 19:30) radələrində başlayıb və hazırda ərazidə partlayışlar davam edir.

Vurğulanıb ki, azı iki nəfər ciddi yanıq xəsarətləri alıb və Sofiyanın tibb müəssisələrinə yerləşdiriliblər. Digər tərəfdən hadisə baş verən ərazidən əhalinin təxliyəsi elan edilib.

Bolqarıstan Daxili İşlər Nazirliyinin baş katibi Dimitar Kanqaldjiev bildirib ki, ilkin məlumatlara görə, yanğının baş verdiyi anbarda təxminən iki tona yaxın trotil ekvivalentində pirotexniki məhsullar var.

Son xəbərlər

Orphus sistemi