Bolqarıstanda partlayış nəticəsində 5 uşaq xəsarət alıb

Bolqarıstanda partlayış nəticəsində 5 uşaq xəsarət alıb Uşaqların hamısı yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilib
Digər ölkələr
4 May , 2018 21:58
Bolqarıstanda partlayış nəticəsində 5 uşaq xəsarət alıb

Bakı. 4 may. REPORT.AZ/ Bolqarıstanda içərisində naməlum maye olan butulkanın partlaması nəticəsində 5 uşaq xəsarət alıb.

“Report” TASS-a istinadən xəbər verir ki, hadisə Dobriç şəhərində, uşaqlar içərisində ağ maye olan butulka ilə oynayan zaman baş verib.

Partlayış uşaqlar butulkanı daşla qıran zaman olub.

Uşaqların hamısı (9 -11 yaş) yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi