Bolqarıstan Prezidentinin andiçmə mərasimi keçirilib

Bolqarıstan Prezidentinin andiçmə mərasimi keçirilib 2021-ci il noyabrın 21-i ikinci dəfə Bolqarıstan prezidenti vəzifəsinə seçilmiş Rumen Radevin andiçmə mərasimi keçirilib. Mərasim Bolqarıstan parlamenti olan Xalq Məclisində keçirilib.
Digər ölkələr
19 Yanvar , 2022 12:41
Bolqarıstan Prezidentinin andiçmə mərasimi keçirilib

Bolqar;standa 2021-ci il noyabrın 21-də ikinci dəfə Prezident vəzifəsinə seçilmiş Rumen Radevin andiçmə mərasimi keçirilib.

“Report” TASS-a istinadən xəbər verir ki, mərasim Bolqarıstan parlamenti olan Xalq Məclisində təşkil olunub.

R.Radevlə yanaşı, vitse-prezident İliyana Yotova da and içib.

Bolqarıstan qanunlarına görə, onlar yanvarın 22-də rəsmən vəzifələrinin icrasına başlayacaqlar.

Son xəbərlər

Orphus sistemi