Morales özü haqqında həbs orderinin veriləcəyi barədə fikirləri şərh edib

Morales özü haqqında həbs orderinin veriləcəyi barədə fikirləri şərh edib Boliviyanın sabiq prezidenti Evo Morales ölkə prezidentinin vəzifəsini müvəqqəti icra edən Janin Anyesin onun haqqında bir neçə gün ərzində həbs orderinin veriləcəyi barədə sözlərini şərh edib.
Digər ölkələr
16 Dekabr , 2019 06:58
Morales özü haqqında həbs orderinin veriləcəyi barədə fikirləri şərh edib
Evo Morales

Boliviyanın sabiq prezidenti Evo Morales ölkə prezidentinin vəzifəsini müvəqqəti icra edən Janin Anyesin onun haqqında bir neçə gün ərzində həbs orderinin veriləcəyi barədə sözlərini şərh edib.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, sabiq dövlət başçısı bu barədə özünün "Twitter"dəki səhifəsində yazıb.

Onun sözlərinə görə, Anyes "diktaturanın ən yaxşı ənənələri" ilə hərəkət edir.

Morales hesab edir ki, bu, o vaxt baş verir ki, Anyes və müxalifət liderləri Luis Fernando, Karlos Mesa "qiyam, terrorizm və soyqırım"la əlaqəli olurlar.

Siyasətçinin iddiasına görə, onlar sabiq prezidentin bacı və qardaşlarının qətlləri, oğurlanması cinayətlərinə cəlb olunublar.

Qeyd edək ki, Morales noyabrın 10-da öz vəzifəsindən istefa verib. O, Boliviyanı tərk edib və hazırda Argentinadadır.

Son xəbərlər

Orphus sistemi