Boliviyanın keçmiş prezidenti barədə həbs qərarı çıxarılıb

Boliviyanın keçmiş prezidenti barədə həbs qərarı çıxarılıb Boliviyada hərbçi və polislər keçmiş prezident Evo Moralesin həbs edilməsi üçün axtarış elan ediblər.
Digər ölkələr
11 Noyabr , 2019 06:19
Boliviyanın keçmiş prezidenti barədə həbs qərarı çıxarılıb

Boliviyada hərbçi və polislər keçmiş prezident Evo Moralesin həbs edilməsi üçün axtarış elan ediblər.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə müxalifətin üzvü Luis Fernando Kamaço bildirib. Onun sözlərinə görə, E. Morales barəsində həbs qərarı çıxarılıb.

Bundan əvvəl səhiyyə naziri Qabriela Montanyo Boliviya polisinin Moralesi həbs etmək niyyətində olduğunu bildirmişdi.

Son xəbərlər

Orphus sistemi