Boliviyada koronavirusa görə söz azadlığı məhdudlaşdırıldı
- 13 may, 2020
- 07:25
Yeniliklərdən dərhal xəbərdar olun!
Boliviyanın müvəqqəti hökuməti ölkə Prezident Janin Anyesin fərmanı əsasında əhalinin sağlamlığına təhdid olan və ya mənfi təsir göstərən istənilən məlumatın yayılmasının qanunla cəzalandırılacağı dekreti təsdiq edib.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, Boliviya hökuməti bu tədbirin kiçik qrupların pandemiya dövründə sülhü sarsıtmaq səylərinin qarşısının alınması üçün zəruri olduğunu bildirib.
“Prezidentin fərmanı heç bir şəkildə söz azadlığına zidd deyil, xüsusən də jurnalistlərə münasibətdə. Burada söhbət əhalinin sağlamlığına təhdid olan və ya mənfi təsir göstərən, qeyri-müəyyənlik yaradan istənilən yazılı, çaplı, bədii və ya digər formalı məlumatdan gedir”, - Prezident Administrasiyasının rəhbəri Yerko Nunyes deyib.
Qeyd olunur ki, bu fərman həm Boliviyada, həm də beynəlxalq təşkilatların nümayəndələri tərəfindən kəskin tənqid olunub.