Boliviyada etirazlar zamanı 27 nəfər saxlanılıb

Boliviyada etirazlar zamanı 27 nəfər saxlanılıb Boliviyada prezident seçkilərindən sonra səslərin hesablanması ilə bağlı bazar ertəsi günü keçirilən etiraz aksiyalarının gedişatında 30-a yaxın şəxs saxlanılıb.
Digər ölkələr
23 Oktyabr , 2019 06:58
Boliviyada etirazlar zamanı 27 nəfər saxlanılıb

Boliviyada prezident seçkilərindən sonra səslərin hesablanması ilə bağlı bazar ertəsi günü keçirilən etiraz aksiyalarının gedişatında 30-a yaxın şəxs saxlanılıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə ölkənin Baş Prokurorluğunun bəyanatında bildirilir.

"Prokurorluqda 13 açıq iş var, Pando, Oruro və Tarix departamentləri də daxil olmaqla, 27 nəfər ölkənin müxtəlif ərazilərində saxlanılıblar", - deyə bəyanatda bildirilir.

Bundan başqa qeyd edilir ki, ölkənin müxtəlif ərazilərində baş vermiş zorakılıq faktlarını nəzərə alaraq bütün departamentlərdə araşdırmaların keçirilməsi məqsədi ilə müxtəlif prokuror komissiyaları yaradılıb.

Seçki bülletenlərinin 95,63% nəticələrinə görə,hazırkı prezident Evo Morales 46,85% səslə liderlik edir. Onu əsas rəqibi, sabiq prezident Karlos Mesa 36,74% səslə təqib edir. Beləliklə, Morales hələ ki birinci turda qalib sayılır.

Moralesin qələbəsi haqqında məlumatlar açıqlananda Boliviyada etirazlar kəskinləşib. Bir çox regionlarda qarışıqlıqlar baş verib. 

Son xəbərlər

Orphus sistemi