Boliviya ordusu senator Janin Anyesi müvəqqəti prezident kimi tanıyıb

Boliviya ordusu senator Janin Anyesi müvəqqəti prezident kimi tanıyıb Boliviya Silahlı Qüvvələrinin Ali Komandanlığının nümayəndələri Senatorlar Palatasının ikinci vitse-spikeri Janin Anyesi müvəqqəti dövlət başçısı kimi tanıyıb və ona dəstək olduqlarını bildiriblər.
Digər ölkələr
13 Noyabr , 2019 12:27
Boliviya ordusu senator Janin Anyesi müvəqqəti prezident kimi tanıyıb
France 24

Boliviya Silahlı Qüvvələrinin Ali Komandanlığının nümayəndələri Senatorlar Palatasının ikinci vitse-spikeri Janin Anyesi müvəqqəti dövlət başçısı kimi tanıyıb və ona dəstək olduqlarını bildiriblər.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Boliviya Silahlı Qüvvələrinin komandanı Uilyams Kalimanın açıqlamasında deyilir.

Xatırladaq ki, noyabrın 10-da Evo Moralesin istefa verməsinin ardından vitse-prezident Alvaro Qarsiya Linera da istefaya gedib.

Boliviya Konstitusiyasına görə, prezidentin və vitse-prezidentin istefası halında ölkəyə Senatorlar Palatasının sədri rəhbərlik etməlidir. O da vəzifəsini tərk edərsə, dövləti müvəqqəti olaraq Deputatlar Palatasının sədri idarə edir. Ancaq hər iki palatanın sədri - Adriana Salvatyerra və Viktor Borda da istefa verib. Hakimiyyətin ötürülməsi ilə bağlı növbəti prosedur Boliviya qanunlarında açıqlanmadığından vəziyyət dolaşıq idi. Ancaq Janin Anyes A.Salvatyerra və onun birinci müavininin istefasından sonra yuxarı palatanın sədri vəzifəsini icra etməli olduğunu, buna görə həm də dövlət başçısının vəzifələrini üzərinə götürəcəyini söyləyib.

Son xəbərlər

Orphus sistemi