Yuxarı

​"Boko Haram" Nigeriyada 2 minə yaxın insanı qətlə yetirib

On mindən çox insanın qonşu Çad Respublikasına qaçdığı bildirilir

Bakı. 8 yanvar. REPORT.AZ/ "Boko Haram" terror qruplaşmasının üzvləri çərşənbə günü Nigeriyanın şimalında yerləşən Borno ştatının 10 min əhalisi olan Baqa da daxil olmaqla 16 şəhər və kəndini yandırıb.

"Onlar Baqa, Doron Baqa, Kauyen Kuros və Bunduram da daxil olmaqla 16 şəhər və kəndi yandırdılar", - deyə "Report" "Franc Press"ə istinadən qonşu Kukava şəhərinin administrasiyasının rəhbəri Musa Bukarın sözlərini sitat gətirir.

Bornodan olan senator Əhməd Xəlif sözügedən şəhərlərin yer üzündən silindiyini, büsbütün yandığını, həmçinin bütün ərazinin insan meyiti ilə dolu olduğunu bildirib.

BBC-nin yerli sakinlərə istinadən verdiyi xəbərə görə, silahlılar Baqa şəhərini tamamilə yandırıblar. Şahidlərin sözlərinə görə, şəhər küçələri meyit ilə doludur, ölənlərin sayı 2 min nəfərə çata bilər. Həmçinin bildirilir ki, 10 mindən çox insan qonşu Çad Respublikasına qaçıb.

Xatırladaq ki, "Boko Haram" terror qruplaşması İslamın sonradan yaranmış sələfi təriqətindən olan radikal islamçılar tərəfindən təşkil olunub və Nigeriyada fəaliyyət göstərir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi