“Report” xəbər verir ki, bunu RİA “Novosti”yə BMT Baş katibinin terrorla mübarizə üzrə müavini Vladimir Voronkov bildirib.
“Artıq terrorla mübarizə strategiyasının iki illik araşdırmasına başlamışıq. Araşdırmamız BMT-nin qlobal antiterror strategiyasının hazırlanması ilə yekunlaşacaq. Strategiya iyunun sonuna qədər yenilənəcək, işlər artıq başlayıb”.
Katib müavini qeyd edib ki, strategiyanın yenilənməsi zamanı müzakirələrin mərkəzində terrorun qarşısını almaq üçün idman və mədəniyyət kimi sahələrdən daha səmərəli istifadə edilməsi dayanacaq:
“Buna görə də qlobal antiterror strategiyası ilə bağlı qarşıdakı müzakirələrdə əsasən diqqət bu məsələlərə yönəldiləcək. Bu, ilk növbəfə hər hansı bir terror təbliğatına cəmiyyətin müqavimətini artıracaq”.