BMT: Yəməndə vəbaya yoluxduğu şübhə edilənlərin sayı 925 minə çatıb

BMT: Yəməndə vəbaya yoluxduğu şübhə edilənlərin sayı 925 minə çatıb Epidemiyadan ölənlərin sayı 2,2 min nəfəri keçib
Digər ölkələr
16 Noyabr , 2017 07:34
BMT: Yəməndə vəbaya yoluxduğu şübhə edilənlərin sayı 925 minə çatıb

Bakı. 16 noyabr. REPORT.AZ/ Yəməndə vəbaya yoluxduğu şübhə edilən insanların sayı 925 min nəfərə çatıb, epidemiyadan ölənlərin sayı 2,2 min nəfəri keçib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə çərşənbə günü jurnalistlərə BMT baş katibinin rəsmi nümayəndəsinin müavini Farhan Hak məlumat verib.

"Humanitar məsələlərin əlaqələndirilməsi idarəsi xəbər verir ki, noyabrın 12-nə olan vəziyyətə görə, Yəməndə 925 mindən çox vəbaya yoluxma şübhəsi və 2,2 mindən çox onunla bağlı ölüm halı qeydə alınıb", - deyə o bildirib.

Son xəbərlər

Orphus sistemi