BMT və İngiltərə sentyabrın 20-də iqlim konfransı keçirəcək

BMT və İngiltərə sentyabrın 20-də iqlim konfransı keçirəcək BMT-nin Baş katibi Antoniu Quterreş və Böyük Britaniyanın Baş naziri Boris Conson sentyabrın 20-də iqlim mövzusunda dəyirmi masa təşkil edəcəklər.
Digər ölkələr
16 Sentyabr , 2021 20:42
BMT və İngiltərə sentyabrın 20-də iqlim konfransı keçirəcək

BMT-nin Baş katibi Antoniu Quterreş və Böyük Britaniyanın Baş naziri Boris Conson sentyabrın 20-də iqlim mövzusunda dəyirmi masa təşkil edəcəklər.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə BMT-nin rəsmi nümayəndəsi Stefan Dujarrik bildirib.

Bundan əvvəl Boris Consonun ABŞ Prezidenti Cozef Baydenlə görüşəcəyi və noyabrın 1-dən 12-dək Şotlandiyanın Qlazqo şəhərində keçiriləcək BMT-nin İqlim Dəyişikliyi Konfransına hazırlıq məsələlərini müzakirə edəcəyi barədə məlumat yayılıb.

Son xəbərlər

Orphus sistemi