BMT: "Ukraynanı 2 milyondan çox insan tərk edib"

BMT: "Ukraynanı 2 milyondan çox insan tərk edib" Martın 8-nə olan məlumata görə, fevralın 24-də müharibə başlayandan bəri Ukraynanı 1 735 068 nəfər tərk edib.
Digər ölkələr
8 Mart , 2022 15:05
BMT: Ukraynanı 2 milyondan çox insan tərk edib

Rusiyanın hücumları nəticəsində  2 011 312 nəfər Ukraynanı tərk edib.

“Report” xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı məlumat yayıb.

Bildirilib ki, Polşaya 1,2 milyon, Macarıstana 191 min, Moldovaya 82 min, Slovakiyaya 140 min, Rumıniyaya 82 min, Rusiyaya 99 min, Belarusa 453 və digər Avropa ölkələrinə isə 210 mindən çox insan köçüb.

10.25

Martın 8-nə olan məlumata görə, fevralın 24-də müharibə başlayandan bəri Ukraynanı 1 735 068 nəfər tərk edib.

Bu barədə “Report” BMT-nin Qaçqınlar üzrə Agentliyinə istinadən xəbər verir.

Onlardan 1 027 603 nəfər Polşaya, 180 163 nəfər Macarıstana, 128 169 nəfər Slovakiyaya, 82 762 nəfər Moldovaya, 78 977 nəfər Rumıniyaya, 53 300 nəfər Rusiyaya köçüb.

406 nəfər Belarusla sərhədi keçib, 183 688 nəfər isə digər Avropa ölkələrinə gedib.

Son xəbərlər

Orphus sistemi