BMT Ukraynadakı humanitar dəhlizlərlə bağlı istənilən müsbət qərarı alqışlayacaq

Digər ölkələr
  • 04 mart, 2022
  • 02:19
BMT Ukraynadakı humanitar dəhlizlərlə bağlı istənilən müsbət qərarı alqışlayacaq

Ukraynada mülki əhalinin müdafiəsi ilə bağlı istənilən müsbət qərar BMT tərəfindən müsbət qarşılanacaq.

“Report” xəbər verir ki, bunu BMT baş katibinin sözçüsü Stefan Düjarrik humanitar dəhlizlərin saxlanması və mülki əhalinin təxliyəsi zamanı atəşkəsin mümkün tətbiqi məsələsində Rusiya və Ukrayna arasında qarşılıqlı anlaşmaya nail olunmasını şərh edərkən bildirib.

“Biz mülki əhalinin qorunmasına və münaqişənin intensivliyinin azaldılmasına kömək edəcək hər hansı müsbət inkişafı alqışlayarıq”, - deyə o bildirib.

Düjarrik əlavə edib ki, daha dəqiq qiymət vermək üçün BMT əldə olunan razılaşmaları daha ətraflı öyrənməlidir.

44 filmi