BMT: Ukraynada müharibə səbəbindən milyonlarla əlil təhlükə altındadır

Digər ölkələr
  • 15 aprel, 2022
  • 02:13
BMT: Ukraynada müharibə səbəbindən milyonlarla əlil təhlükə altındadır

"Ukraynada müharibə səbəbindən milyonlarla əlil insan risk altındadır".

"Report" Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə BMT-nin İnsan Hüquqları Şurası məlumat yayıb.

Şura 2,7 milyon əlil insanın naməlum taleyindən narahatlığını ifadə edib.

"Uşaqlar da daxil olmaqla, əlilliyi olan bir çox insanın tələyə düşməsi və ya evlərində qalması barədə mütəmadi məlumatlar verilir", - hesabatda deyilir.

Həmçinin, əlillərin lazımi dərman, qida, su, gigiyena vasitələri və sanitar şəraitə çıxışı yoxdur. Qeyd olunur ki, bəzi əlillər miqrant taleyi yaşamağa məcbur olublar.