Yuxarı
    Bağlamaq

    BMT Tunisdə törədilən terror aktını pisləyib

    Terror aktına görə məsulliyəti İslam Dövləti qruplaşması öz üzərinə götürüb

    Bakı. 19 mart. REPORT.AZ/ BMT-nin Təhlükəsizlik Şurası Tunisdə törədilən terror aktını pisləyib.

    "Report"un RİA "Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, ən azı 21 nəfərin həlak olduğunu hücumu qətiyyətlə pisləyən BMT-nin Təhlükəsizlik Şurası, bu cür hücumlara aidiyyəti olan bütün şəxslərin məsuliyyətə cəlb edilməsinin vacibliyini vurğulayıb.

    Xatırladaq ki, martın 18-də naməlum şəxslər Tunisin paytaxtındaki “Bardo” Milli Muzeyinə hücum edərək orada olan turistlərə atəş açıblar. Nəticədə 17 turist və 4 yerli sakin öldürülüb. Öldürülənlər arasında Fransa, Polşa, İspaniya, İtaliya və Almaniya vətəndaşları var. 50-yə yaxın insan zərər çıkib.

    Terror aktına görə məsuliyyəti İslam Dövləti qruplaşması öz üzərinə götürüb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi