Yuxarı

BMT Suriyada humanitar missiyanı dayandırır

Buna səbəb kimi Suriyada “yaşanan hərbi əməliyyatlar” göstərilib.

Bakı. 3 oktyabr. REPORT.AZ/ BMT rəsmiləri Suriyada humanitar missiyanın dayandırıldığını bəyan ediblər. “Report”un BBC-yə istinadən verdiyi məlumata görə, buna səbəb kimi Suriyada “yaşanan hərbi əməliyyatlar” göstərilib.

BMT-nin Suriya üzrə təmsilçisi Stefan di Mistura hökümət qüvvələrinin mühasirəsində olan Zabadani şəhərinin əhalisi ilə müxalifət güclərinin İdlib rayonunda hücum etdiyi iki kəndin sakinlərinin döyüş bölgəsindən çıxmasına yardım etməyə planlaşdırdıqlarını xatırladıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi