BMT: Sudandan gələn qaçqınların sayı 800 min nəfəri keçə bilər

Digər ölkələr
  • 01 may, 2023
  • 17:40
BMT: Sudandan gələn qaçqınların sayı 800 min nəfəri keçə bilər

Sudandan gələn qaçqınların sayı 800 min nəfəri keçə bilər.

"Report" TASS-a istinadən xəbər verir ki, bu proqnozla BMT-nin Qaçqınlar üzrə Ali Komissarının köməkçisi Rauf Mazu çıxış edib.

"Bütün aidiyyəti hökumətlər və tərəfdaşlarla məsləhətləşmələrdən sonra biz Sudandan olan qaçqınların sayının 815 min nəfər olacağını və onların yeddi qonşu ölkəyə miqrasiya edəcəyini proqnozlaşdırırıq", - Mazu deyib.

Buraya 580 min Sudan sakini, o cümlədən Afrika dövlətinin ərazisində yaşayan və əvvəllər oraya başqa ölkələrdən gəlmiş, əksəriyyəti Cənubi Sudandan olanlar daxildir.

BMT nümayəndəsinin sözlərinə görə, artıq 73 min insan Sudandan qonşu ölkələrə - Misir, Liviya, Çad, Mərkəzi Afrika Respublikası, Eritreya, Efiopiyaya gedib.

44 - Tezliklə