BMT Rusiya və ABŞ-ı Suriya üzrə sülh danışıqlarını xilas etməyə çağırıb
Digər ölkələr
- 28 aprel, 2016
- 04:40
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 28 aprel. REPORT.AZ/ BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Staffan de Mistura Rusiya və ABŞ-a müraciət edib. "Report" BBC-yə istinadən xəbər verir ki, o, bu ölkələri Suriya münaqişəsinin sülh yolu ilə həlli üzrə danışıqları xilas etməyə çağırıb.
S.De Misturanın sözlərinə görə, fevral ayından tətbiq edilən atəşkəs çox çətinliklə qorunur. O, barışığın hər an pozula biləcəyini hesab etdiyini açıqlayıb.
Bu baxımdan, diplomat rəsmi Moskva və Vaşinqtona atəşkəs rejimini dəstəkləmək və Suriya danışıqlarını canlandırmaq üçün dərhal "yüksək səviyyədə" hərəkətə keçməyi təklif edib.
Qeyd edək ki, son günlərdə Suriyada hərbi zorakılığın artması müşahidə olunmaqdadır.
Son xəbərlər
07:13
Foto
Kürdəmirdə "Mercedes" "KamAZ"a çırpılıb, yaralılar var
Hadisə
06:48
Tramp demokratları Qərb sivilizasiyasını məhv etməyə çalışmaqda ittiham edib
Digər ölkələr
06:20
ABŞ Avropada münaqişə baş verəcəyi təqdirdə aerostatlardan kütləvi istifadə etməyi planlaşdırır
Digər ölkələr
05:57
Kolumbiyada qızıl mədənində torpaq sürüşməsi nəticəsində 14 nəfər ölüb
Digər ölkələr
05:29
"Bild": Hakerlər Almaniyada partiyaya aid 420 mindən çox elektron məktubu oğurlamış ola bilərlər
Digər ölkələr
04:49
Pentaqon rəhbəri İsrailə gizli səfər edib
Digər ölkələr
04:24
Tramp Rusiyaya qarşı sanksiyaları sərtləşdirilə bilər
Digər ölkələr
03:57
Vens Ukraynanın NATO-ya üzvlüyünə qarşı çıxıb
Digər ölkələr
03:22
UEFA FIFA-dan İnfantinonun yeni şirkət yaratmaq təşəbbüsü ilə bağlı izahat tələb edib
Futbol