BMT Qərbi Afrika ölkələrinin Nigerlə bağlı qərarını dəstəkləyib

Digər ölkələr
  • 16 avqust, 2023
  • 01:49
BMT Qərbi Afrika ölkələrinin Nigerlə bağlı qərarını dəstəkləyib

BMT Nigerdəki münaqişənin həllində Qərbi Afrika Millətləri Birliyinə və Afrika İttifaqına dəstəyini davam etdirir.

“Report” xəbər verir ki, bunu BMT Baş katibinin sözçüsü Stefan Dujarrik jurnalistlərə açıqlamasında deyib.

“Xüsusi nümayəndəmiz bütün tərəflərlə əlaqə saxlayır, lakin hazırda sizinlə bölüşəcək heç nəyim yoxdur”, - deyə S. Dujarrik bildirib.

Qeyd edək ki, bundan əvvəl Fil Dişi Sahili Respublikasının Prezidenti Alassan Uattara bildirmişdi ki, Qərbi Afrika Millətləri Birliyinə üzv dövlətlərin liderləri Nigerdə ​​ən qısa zamanda hərbi əməliyyata başlamaq barədə razılığa gəliblər.