BMT-nin Nyu-Yorkdakı baş qərargahının binası qarşısında intihara cəhd edən şəxsi polis saxlayıb.
“Report”un yerli bürosu xəbər verir ki, polis insanlar üçün təhlükə olmadığını deyib.
Qeyd edək ki, bu gün BMT-nin Nyu-Yorkdakı baş qərargahının qarşısında intihara cəhd olub. Naməlum şəxs əlində tutduğu silahı boğazına dirəyərək BMT-nin giriş qapısı qarşısında özünə qəsd edtmək istəyib.
BMT-nin Nyu-Yorkdakı baş qərargahının binası qarşısında intihara cəhd edən şəxslə polisin danışıqları davam edir.
“Report”un yerli bürosu xəbər verir ki, bina şübhəli şəxslə əlaqədar giriş-çıxışlara bağlanıb.
BMT heç bir əməkdaşının təhlükə altında olmadığını açıqlayıb.
Hadisənin baş verdiyi birinci "Avenyu" (prospekt-red) küçəsi və 42-ci küçənin bir hissəsi nəqliyyat vasitələrinin girişinə baxlanıb.
BMT-nin Nyu-Yorkdakı baş qərargahının qarşısında intihara cəhd olub.
“Report”un yerli bürosu xəbər verir ki, Nyu-York polisi əlində tutduğu silahı boğazına dirəyərək BMT-nin giriş qapısı qarşısında gəzişən yaşlı kişini mühasirəyə alıb.
Onun kimliyi və hansı səbəbdən özünü öldürməyə cəhd etdiyi hələlik məlum deyil.
Onun BMT-yə xüsusi mesaj vermək üçün bu addımı atdığı ehtimal olunur.