BMT-nin baş katibi Pan Gi Mun 200 min dollar rüşvət almaqda şübhəli bilinir

BMT-nin baş katibi Pan Gi Mun 200 min dollar rüşvət almaqda şübhəli bilinir Pan Gi Mun ittihamları qəti şəkildə rədd edib
Digər ölkələr
24 Dekabr , 2016 20:48
BMT-nin baş katibi Pan Gi Mun 200 min dollar rüşvət almaqda şübhəli bilinir

Bakı. 24 dekabr. REPORT.AZ/ BMT-nin baş katibi vəzifəsindən getməyə hazırlaşan Pan Gi Mun 200 min dollar rüşvət almaqda şübhəli bilinir.

"Report"un məlumatına görə, bu barədə "SBS News" məlumat yayıb.

Koreyanın "Sisa Journal" nəşrinin jurnalistlərinin iddiasına əsasən, Pan Gi Mun 2005-ci ilin yazında Vyetnamın xarici işlər nazirinin Koreyaya səfərinin şərəfinə təşkil edilmiş təbrik naharı zamanı 200 min dollar alıb.

Həmin vaxt Koreyanın xarici işlər və xarici ticarət naziri vəzifəsində çalışmış Pan Gi Mun Vyetnamdan gəlmiş nümayəndə heyətini qəbul edib. Onların arasında nüfuzlu biznesmen, "Taekwang" şirkətinin rəhbəri Pak En Ça da olub. Məlumata görə, biznesmen 200 min dollar məbləğində rüşvəti Pan Gi Muna vermək məqsədi ilə nümayəndə heyətindən bir saat tez Xarici İşlər Nazirliyinin iqamətgahına gəlib.

BMT-nin baş katibi isə bu barədə ittihamları qəti şəkildə rədd edib. O, bildirib ki, Pak En Çanı tanımır. "Tədbirdən əvvəl də, sonra da, onunla tanışlığım olmayıb" – deyə Pan Gi Mun bildirib.  

Son xəbərlər

Orphus sistemi