BMT-nin Baş Assambleyasının 72-ci sessiyasının sədri seçilib

BMT-nin Baş Assambleyasının 72-ci sessiyasının sədri seçilib Miroslav Layçak fəaliyyətinin altı prioritet istiqamətini müəyyən edib
Digər ölkələr
1 İyun , 2017 11:12
BMT-nin Baş Assambleyasının 72-ci sessiyasının sədri seçilib

Bakı. 1 iyun. REPORT.AZ/ Slovakiyanın xarici işlər naziri Miroslav Layçak yekdilliklə BMT-nin Baş Assambleyasının 72-ci sessiyasının sədri seçilib.

"Report” xəbər verir ki, Miroslav Layçak BMT-nin Baş Assambleyasının 72-ci sessiyası zamanı fəaliyyətinin altı prioritet istiqamətini müəyyən edib: münaqişələrin qarşısının alınması, miqrasiya, insan hüquqlarının qorunması, davamlı inkişaf, iqlim dəyişikliyi və bərabərliyin təmin olunması.

Baş Assambleyanın 72-ci sessiyası sentyabrın 12-də açılacaq. Həmin gün Miroslav Layçak sədr kimi vəzifələrinin icrasına başlayacaq.

Son xəbərlər

Orphus sistemi