BMT İzyumdakı kütləvi məzarlıqlara missiya göndərəcək

Digər ölkələr
  • 16 sentyabr, 2022
  • 18:56
BMT İzyumdakı kütləvi məzarlıqlara missiya göndərəcək

Birləşmiş Millətlər Təşkilatı (BMT) qurumun insan hüquqlarının monitorinqi agentliyinin missiyasını Ukraynanın işğaldan azad edilmiş İzyum şəhərinə göndərəcək.

“Report” “İnterfaks-Ukraina”ya istinadən xəbər verir ki, bu barədə CNN BMT-dəki mənbəsinə istinadən məlumat yayıb.

“Bunun ardınca müharibə cinayətləri üzrə istintaq qrupu da gələ bilər”, - mənbə bildirib.

44 filmi