BMT: İsrailin əməliyyatının başlanğıcından Livanı təxminən 470 min insan tərk edib

BMT: İsrailin əməliyyatının başlanğıcından Livanı təxminən 470 min insan tərk edib İsrailin sentyabrın sonunda “Hizbullah” hərəkatına qarşı başladığı hərbi əməliyyatdan sonra azı 469 min insan Livanı tərk edib.
Digər ölkələr
2 Noyabr , 2024 08:32
BMT: İsrailin əməliyyatının başlanğıcından Livanı təxminən 470 min insan tərk edib

İsrailin sentyabrın sonunda “Hizbullah” hərəkatına qarşı başladığı hərbi əməliyyatdan sonra azı 469 min insan Livanı tərk edib.

“Report” xəbər verir ki, bu barədə BMT-nin Livandakı Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsinin nümayəndəliyi məlumat yayıb.

Sənəddə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının və Suriya Qızıl Aypara Cəmiyyətinin məlumatına əsasən, 25 min livanlının İraqa gəldiyi bildirilib.

Qeyd edək ki, sentyabrın 23-də İsrail “Hizbullah” qüvvələrinə qarşı “Şimal oxları” əməliyyatına başlayıb və təşkilatın Livan ərazisindəki hərbi obyektlərinə kütləvi hava zərbələri endirir.

Oktyabrın 1-nə keçən gecə İsrail ordusu Livanın cənubundakı sərhədyanı bölgələrdə quru əməliyyatına başladığını elan edib.

Son xəbərlər

Orphus sistemi