BMT İsraildən işğal altındakı Holan yüksəkliklərini tərk etməyi tələb edib

BMT İsraildən işğal altındakı Holan yüksəkliklərini tərk etməyi tələb edib BMT Baş Assambleyası İsraildən işğal edilmiş Holan yüksəkliklərini tərk etməyi tələb edən qətnamə qəbul edib.
Digər ölkələr
112
4 Dekabr , 2019 02:53
BMT İsraildən işğal altındakı Holan yüksəkliklərini tərk etməyi tələb edib

BMT Baş Assambleyası İsraildən işğal edilmiş Holan yüksəkliklərini tərk etməyi tələb edən qətnamə qəbul edib.

"Report"un məlumatına görə, bu barədə RİA "Novosti" xəbər verib.

Qətnamənin lehinə 91 dövlət səs verib. Qeyd edilir ki, 9 dövlət sənədə qarşı çıxıb. Daha 65 ölkə səsvermədə bitərəf qalıb.

Qətnamənin mətnində BMT Baş Assambleyasının yenidən Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq Suriyanın Holan yüksəkiklərindən 4 iyun 1967-ci ildə mövcud olmuş xəttə əsasən bütün işğal edilmiş ərazilərdən geri çəkilməsi tələb edilir.

Baş Assambleyanın sənədində bildirib ki, İsrailin 14 dekabr 1981-ci ildən işğal etdiyi Holan yüksəkliklərində öz qanunlarını, yurisdiksiyanı və idarəetməni təyin etməsi ilə bağlı qərarı etibarsızdır və heç bir hüquq qüvvəyə malik deyil.

Son xəbərlər

Orphus sistemi