BMT: İlin əvvəlindən Ukraynanın münaqişə zonasında 20 dinc sakin ölüb

BMT: İlin əvvəlindən Ukraynanın münaqişə zonasında 20 dinc sakin ölüb Daha 91 nəfər yaralanıb
Digər ölkələr
5 Mart , 2017 02:38
BMT: İlin əvvəlindən Ukraynanın münaqişə zonasında 20 dinc sakin ölüb

Bakı. 5 mart. REPORT.AZ/ İlin əvvəlindən Ukraynanın şərqində ən azı 20 nəfər ölüb, 91 nəfər yaralanıb.

“Report” xəbər verir ki, bu barədə BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsinin (HMƏİ) məlumatında bildirilir.

"İlin əvvəlindən HMƏİ 111 dinc sakinin zərər çəkdiyini təsdiq edib: 20 nəfər ölüb, 91 nəfər yaralanıb", — deyə idarənin yanvarın 1-dən fevralın 28-ə qədər olan hesabatında bildirilir.

BMT-nin məlumatına görə, Ukraynanın şərqində münaqişə başlayandan 9 min 621 nəfər ölüb, daha 22 min 420 nəfər yaralanıb. Qiymətləndirməyə görə, 3,8 milyon nəfər müxtəlif humanitar dəstəyə ehtiyac duyur.

Son xəbərlər

Orphus sistemi