BMT husilərin Ər-Riyada atdığı raketi İran mənşəli hesab etməyib

BMT husilərin Ər-Riyada atdığı raketi İran mənşəli hesab etməyib Eyni zamanda hissələrin İranın "Qiam-1" raketi ilə oxşar olduğunu bildirilir
Digər ölkələr
20 Dekabr , 2017 02:57
BMT husilərin Ər-Riyada atdığı raketi İran mənşəli hesab etməyib

Bakı. 20 dekabr. REPORT.AZ/ BMT ekspertləri Yəmən üsyançıları tərəfindən Səudiyyə Ərəbistanına atılan raketin hissələri üzrə araşdırmanı davam etdirirlər və onun İran mənşəli olması ilə bağlı yekdil qərar qəbul etməyiblər.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu çərşənbə axşamı BMT baş katibinin siyasi məsələlər üzrə müavini Ceffri Feltman Təhlükəsizlik Şurasının iclasında deyib.

Müavin eyni zamanda hissələrin İranın "Qiam-1" raketi ilə oxşar olduğunu da bildirib.

Dekabrın 14-də ABŞ-ın BMT yanındakı nümayəndəsi Nikki Heyli Vaşinqtondakı hərbi bazada noyabrın 4-də husilər tərəfindən Ər-Riyadın beynəlxalq hava limanı istiqamətində atılan və və Səudiyyə Ərəbistanının Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən vurulan raketin hissələrini təqdim edib.

Diplomat iddia edib ki, Amerika hərbi ekspertləri belə bir qənaətə gəliblər ki, jurnalistlərə təqdim olunan raket, həmçinin digər hərbi avadanlıq İranda istehsal olunub.

Son xəbərlər

Orphus sistemi