Bakı. 12 yanvar. REPORT.AZ/ Son 15 il ərzində dünyada miqrantların sayı 41 faiz artıb və 2015-ci ildə 244 milyon nəfərə çatıb.
"Report" xəbər verir ki, bu barədə BMT-nin məlumatında bildirilir.
Bu göstəricinin təqribən 20 milyonunu qaçqınlar təşkil edir. Beynəlxalq mühacirlərin say artımı dünya əhalisinin artım tempini üstələyir. Nəticədə 2015-ci ildə miqrantların planet sakinlərinin ümumi sayı arasında payı 2000-ci ilin 2,8 faizinə nisbətdə 3,3 faizə çatıb.