Bakı. 24 dekabr. REPORT.AZ/ Bütün dövlətlər və xalq tərəfindən seçilmiş hökumətlər özlərinin gələcəyi ilə bağlı müstəqil qərar qəbul etmək kimi suveren hüquqa malikdir. "Report" xəbər verir ki, bu barədə BMT rəhbərinin mətbuat katibi Stefan Düjarrik Ukrayna Ali Radasının bloklara qoşulmayan ölkə statusundan imtina etmək qərarını şərh edərkən bildirib.
"Ukrayna BMT-nin istənilən digər üzv dövləti kimi öz gələcəyini müəyyən etmək kimi suveren hüquqa malikdir", - deyə, mətbuat katibi qeyd edib.
Bu qərarın sülh danışıqlarına hansı təsir göstərə biləcəyi haqqında suala cavab verərkən, Stefan Düjarrik bildirib ki, Ukraynanın öz gələcəyi ilə bağlı müstəqil qərarların qəbul etmək hüququ var və bu "baş katibin mövqeyinə zidd deyil. BMT-nin Baş katibi hesab edir ki, bütün tərəflər səylərini artırmalıdır və imzalanmış müqavilə, həmçinin razılaşdırılmış protokollara sadiq olduqlarını təsdiq etməli və irəliyə addım atmaq üçün sülh yolunu axtarıb tapmalıdır".