Yuxarı
    Bağlamaq

    BMT-də 2015-ci ildən sonrakı dövr üçün qlobal gündəlik təqdim edilib

    Növbəti 15 ildə BMT ölkələri 17 məsələnin həllinə nail olmalıdırlar

    Bakı. 5 dekabr. REPORT.AZ/ BMT baş katibi Pan Gi Mun üzv dövlətlərə 2015-ci ildən 2030-cu ilə qədər sabit inkişaf məqsədləri haqqında məruzənin ilkin mətnini təqdim edib. "Report" xəbər verir ki, məruzəyə əsasən, növbəti 15 ildə BMT ölkələri yoxsulluğun aradan qaldırılması, aclıqla mübarizə, sağlamlığın mühafizəsi, gender bərabərliyinin təmin olunması, iqlim dəyişiklikləri ilə mübarizə, iqtisadi inkişafın təşviq edilməsi və iş yerlərinin yaradılması, müasir enerji mənbələrinin əldə olunmasının yaxşılaşdırılması, su təchizatı və sanitariya istiqamətində xidmətlərin genişləndirilməsi kimi sahələrdə 17 məsələnin həllinə nail olmalıdırlar.

    Onlar dünya liderlərinin 2000-ci ildə qəbul etdikləri "Minilliyin İnkişaf Məqsədlərini" əvəz edəcəklər. O zaman onlar öz qarşılarına yoxsulluq, ana və uşaq ölümünün azaldılması, təhsil, su təchizatı və sanitariyaya nail olmaq, yoluxucu xəstəliklərlə mübarizə və ətraf mühitin mühafizəsi sahələrində səkkiz konkret məsələ qoyublar. 

    Yaxın aylar ərzində dövlətlər 2015-ci ildən sonrakı dövr üçün qlobal gündəliyin son parametrlərini razılaşdırmalıdırlar.   

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi