BMT: Beynəlxalq ictimaiyyət məcburi köçkünlərə kifayət qədər səmərəli yardım göstərmir

BMT: Beynəlxalq ictimaiyyət məcburi köçkünlərə kifayət qədər səmərəli yardım göstərmir Kan Qyun Va: "Məcburi köçkünlərə yardım məsələsi yeni yanaşma tələb edir"
Digər ölkələr
25 Oktyabr , 2016 09:40
BMT: Beynəlxalq ictimaiyyət məcburi köçkünlərə kifayət qədər səmərəli yardım göstərmir

Bakı. 25 oktyabr. REPORT.AZ/ Beynəlxalq ictimaiyyət dünyada mövcud olan 60 milyon məcburi köçkünə kifayət qədər səmərəli yardım göstərmir. Onlardan 40 milyonu silahlı münaqişələrdən qaçıb, 25 milyon nəfər isə təbii fəlakətlər nəticəsində evlərini tərk etmək məcburiyyətində qalıb.

"Report" BMT-nin xəbər mərkəzinə istinadən xəbər verir ki, bu barədə fövqəladə yardım koordinatorunun müavini Kan Qyun Va BMT-nin mənzil-qərargahında çıxış edərkən bildirib.

Onun sözlərinə görə, məsələyə sosial-iqtisadi inkişaf sahəsində uzunmüddətli problem kimi baxmaq lazımdır.

BMT-nin xanım nümayəndəsi vurğulayıb ki, gələn il Humanitar Məsələlərin Koordinasiya İdarəsinin ekspertləri dünyanın müxtəlif ölkələrində məcburi köçkünlərin inteqrasiyası üzrə uğurlu təcrübənin öyrənilməsinə başlayacaq.

Son xəbərlər

Orphus sistemi