BMT baş katibi Suriya, Rusiya və İran hakimiyyətlərini müharibə qanunlarına riayət etməyə çağırıb

BMT baş katibi Suriya, Rusiya və İran hakimiyyətlərini müharibə qanunlarına riayət etməyə çağırıb Pan Gi Mun: "Çox güman, havadan bombalamadan sonra çəkilən, küçələrdə yanan insanların şok şəkillərini gördük"
Digər ölkələr
14 Dekabr , 2016 11:22
BMT baş katibi Suriya, Rusiya və İran hakimiyyətlərini müharibə qanunlarına riayət etməyə çağırıb

Bakı. 14 dekabr. REPORT.AZ/ BMT Baş katibi Pan Gi Mun Suriya və onun müttəfiqlərini - Rusiya və İranın silahlı qüvvələrini şərqi Hələbdən qaçan mülki vətəndaşlar üçün təhlükəsiz dəhlizlərinin təmin edilməsinə, eləcə də məhbuslara qarşı humanist davranmağa çağırıb.

Bu barədə "Report" BMT-nin xəbər mərkəzinə istinadən məlumat verir.

BMT-nin Təhlükəsizlik Şurasının Hələb məsələsi üzrə keçirilən iclasında çıxış edən Pan Gi Mun intensiv döyüşlər nəticəsində silahlı müxalifətin əlində şəhərin şərq hissəsinin cəmi beş faiz ərazisi qalıb.

BMT başçısı bu bombardmanın onlarla mülki vətəndaşın ölümü ilə nəticələndiyini və hökumət əleyhinə olan qüvvələrin kütləvi edamlar həyata keçirməsi ilə müşayiət olunub. "Çox güman, havadan bombalamadan sonra çəkilən, küçələrdə yanan insanların şok şəkillərini gördük. BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı şəhərin dörd bölgəsində qadın və uşaqlar da daxil olmaqla, mülki vətəndaşların toplanması və edam edilməsi barədə məlumat əldə edib", - baş katib bildirib.

O, hələ də müxalifət tərəfindən nəzarət olunan Hələb şəhərinin şərq hissəsində, kiçik bir ərazidə olan əhalinin sayı haqqında BMT-nin etibarlı məlumatının olmadığını qeyd edib və buna səbəb kimi, Suriya hakimiyyətinin BMT əməkdaşlarının müharibə zonasına çıxışına qadağa qoymasını göstərib.

Son xəbərlər

Orphus sistemi