BMT Baş katibi biomüxtəlifliyin qorunması üçün ildə 500 milyard dollar ayırmağa çağırıb
- 20 iyul, 2022
- 00:15
Yeniliklərdən dərhal xəbərdar olun!
Dünya birliyi biomüxtəlifliyi təmin etmək üçün hər il təhlükəli sənayelərin maliyyələşdirilməsinə cəlb olunan 500 milyard ABŞ dollarını yönləndirməlidir.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə BMT-nin Baş katibi Antoniu Quterriş dünya təşkilatının Baş Assambleyasının təbiətin mühafizəsinə həsr olunmuş iclasının iştirakçılarına videomüraciətində bildirib.
“Biz 2030-cu ilə qədər biomüxtəlifliyin illik 700 milyard dollarlıq maliyyə boşluğunu bağlamalıyıq. Zərərli istehsallara ayrılan illik 500 milyard dollarlıq subsidiyaları aradan qaldırmalı və onu biomüxtəlifliklə bağlı fəaliyyətləri stimullaşdırmaq üçün yönləndirməliyik”, - A.Quterriş deyib.
“Biz təbiətin insanların həyatına verdiyi töhfəni qorumalı və artırmalıyıq. Bura ən həssas icmalara həyati faydaların təmin edilməsi və icmaları ekstremal hava hadisələrindən qorumaq üçün təbiətin imkanlarının gücləndirilməsi daxildir”, - o vurğulayıb.