BMT Baş katibi Afrikaya maliyyə yardımı ayırmağı təklif etdi
- 20 may, 2020
- 07:32
Yeniliklərdən dərhal xəbərdar olun!
BMT Baş katibi Antoniu Quterriş dünya birliyinin Afrika ölkələrinə COVID-19 pandemiyasının nəticələrini aradan qaldırmaq üçün azı 200 milyard ABŞ dolları göndərməsinin lazım olduğunu söyləyib.
“Report” xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb.
“Qlobal yardım paketinin hazırlanmasına çağırıram. Bu, Afrika üçün beynəlxalq ictimaiyyətdən 200 milyard dollardan çox əlavə yardım almaq deməkdir”, - o deyib.
Baş katib bildirib ki, bu məbləğ dünya ÜDM-nin 10%-nə bərabərdir.
Onun sözlərinə görə, Afrikada koronavirus nisbətən yaxınlarda yayılmağa başlayıb və onun “qara qitə”də dağıdıcı nəticələrə səbəb ola bilər.
A.Quterriş əlavə edib ki, Afrikaya yardım olmadan planetdə koronavirusun yayılmasını yaxın gələcəkdə dayandırmaq mümkün olmayacaq.