BMT baş katibi ABŞ-ın daimi nümayəndəsi ilə Suleymaninin öldürülməsini müzakirə edib

BMT baş katibi ABŞ-ın daimi nümayəndəsi ilə Suleymaninin öldürülməsini müzakirə edib BMT baş katibi Antoniu Quttereş ABŞ-ın daimi nümayəndəsi Kelli Kraft ilə İran generalı Qasım Suleymaninin öldürülməsi ilə bağlı yaranmış vəziyyəti müzakirə edib.
Digər ölkələr
3 Yanvar , 2020 22:18
BMT baş katibi ABŞ-ın daimi nümayəndəsi ilə Suleymaninin öldürülməsini müzakirə edib

BMT baş katibi Antoniu Quttereş ABŞ-ın daimi nümayəndəsi Kelli Kraft ilə İran generalı Qasım Suleymaninin öldürülməsi ilə bağlı yaranmış vəziyyəti müzakirə edib.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə baş katibin rəsmi nümayəndəsinin müavini Farhan Hak brifinqdə bildirib.

"Onun (baş katibin -red) bir neçə telefon danışığı olub. O, həmçinin ABŞ səfiri ilə danışdı", - deyə Hak baş katibin Suleymaninin həlak olması ilə bağlı dünya liderləri ilə danışması barədə sualı cavablandırarkən deyib. 

BMT rəsmisi həmçinin ABŞ-ın Bağdad aerportuna hava zərbəsi endirməsinə rəy bildirməkdən imtina edib. 

Son xəbərlər

Orphus sistemi