Yuxarı
    Bağlamaq

    ​BMT baş katibi: "2050-ci ilədək miqrantların sayı 250 milyona çatacaq"

    Pan Gi Mun qaçqınlara yardım etdiyinə görə Türkiyəyə təşəkkür edib

    Bakı. 24 may. REPORT.AZ/ "2050-ci ilədək dünyada miqrantların sayı 250 milyona çata bilər". "Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu BMT baş katibi Pan Gi Mun İstanbulda keçirilən I Dünya Humanitar Sammitindəki "Şəhər valilərinin iclaslarının mövzusu: Şəhərlərin miqrasiyaya cavabı" mövzusunun müzakirəsi zamanı bildirib.

    "Bu qaçılmazdır. Ona görə də artıq resurs və imkanları birlikdə hazırlamq lazımdır", - deyə baş katib vurğulayıb.

    Onun sözlərinə görə, dövlətlərin və ayrı-ayrı şəhərlərin inkişaf strategiyası tərtib ediləndə qaçqın amili nəzərə alınmalıdır: "Bununla da miqrantlar üçün lazım olan şərait yaradıla bilər. Öz növbəsində qaçqınlar da şəhərlərin inkişafına öz töhfələrini verirlər".

    Pan Gi Mun Türkiyənin milyonlarla qaçqına sığınacaq verdiyinə diqqət çəkərək, ölkədə onlar üçün bütün şəraitin, o cümlədən təhsil, yaşayış yeri və tibbi xidmətin yaradıldığını vurğulayıb.

    BMT-nin baş katibi qaçqınlara yardım etdiyinə görə Türkiyəyə təşəkkür edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi