BMT-nin mətbuat katibi qeyd edib ki, P.Mun bütün tərəfləri Minsk razılaşmalarına - protokol və memoranduma riayət etməyə çağırıb.
BMT-nin baş katibi 29 oktyabr tarixli bəyanatında bildirib ki, "silahlı üsyançı dəstələrin konstitusiya və milli qanunvericilik tələblərini pozmaqla noyabrın 2-də keçiriləcək şəxsi "seçkilərini" qınayır".
Pan Gi Mun vurğulayıb ki, bu "seçkilər" Minsk razılaşmalarına ciddi ziyan vuracaq. O, tərəfləri həmin razılaşmalara tam həcmdə riayət etməyə çağırıb.
Bəyanatda BMT rəhbəri Ukraynanın sabitliyinin bərpası və suverenliyinin və ərazi bütövlüyünün təmin olunmasının vacibliyini qeyd edib.