BMT Baş Assambleyasının 77-ci sessiyasının sədri: “Dünya heç vaxt olmadığı qədər nüvə fəlakətinə yaxındır”

BMT Baş Assambleyasının 77-ci sessiyasının sədri: “Dünya heç vaxt olmadığı qədər nüvə fəlakətinə yaxındır” “Dünya heç vaxt olmadığı qədər qlobal fəlakətə yaxındır, nüvə silahından istənilən istifadə vəziyyətin nəzarətdən çıxmasına gətirib çıxaracaq”.
Digər ölkələr
29 Avqust , 2023 20:49
BMT Baş Assambleyasının 77-ci sessiyasının sədri: “Dünya heç vaxt olmadığı qədər nüvə fəlakətinə yaxındır”

“Dünya heç vaxt olmadığı qədər qlobal fəlakətə yaxındır, nüvə silahından istənilən istifadə vəziyyətin nəzarətdən çıxmasına gətirib çıxaracaq”.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu BMT Baş Assambleyasının 77-ci sessiyasının sədri Çaba Kyoryoşi təşkilatın Beynəlxalq Nüvə Sınaqlarına Qarşı Gününə həsr olunmuş iclasında deyib.

“2022-ci ildə dünyada hərbi xərclər rekord həddə - 2,2 trilyon ABŞ dollarına çatıb. Biz nüvə silahı ehtiyatlarının və imkanların artdığına dair çoxlu sübutlar görürük ki, bu da Nüvə Silahlarının Yayılmaması Müqaviləsinə ziddir”, - o bildirib.

BMT Baş Assambleyası sessiyasının rəhbəri nüvə silahına arxalanaraq bəşəriyyət üçün qurulmuş dəhşətli tələni görə bilmədiyimizi qeyd edib.

Onun sözlərinə görə, Nüvə Sınaqlarının Hərtərəfli Qadağası Müqaviləsi beynəlxalq tərksilah strukturunun əsas elementidir. “Yadda saxlamalıyıq ki, istənilən nüvə silahının istənilən məqsəd üçün istifadəsi dərhal vəziyyətin nəzarətdən çıxması ilə nəticələnəcək. Məhdud nüvə müharibəsi deyilən şey yoxdur”, - Ç.Kyoryoşi söyləyib.

Son xəbərlər

Orphus sistemi