BMT Baş Assambleyası Şimali Koreya ilə bağlı iclas keçirəcək

BMT Baş Assambleyası Şimali Koreya ilə bağlı iclas keçirəcək BMT Baş Assambleyası Koreya Xalq Demokratik Respublikası (KXDR) ilə bağlı iclas keçirəcək.
Digər ölkələr
28 May , 2022 06:03
BMT Baş Assambleyası Şimali Koreya ilə bağlı iclas keçirəcək

BMT Baş Assambleyası Koreya Xalq Demokratik Respublikası (KXDR) ilə bağlı iclas keçirəcək.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Baş Assambleyanın 76-cı sessiyasının sədri Abdulla Şahidin yaydığı məktubda deyilir.

İclas BMT Təhlükəsizlik Şurasında ABŞ-ın KXDR ətrafındakı vəziyyətlə bağlı qətnaməsinin səsverməsi zamanı Rusiya və Çinin veto hüququndan istifadə etməsi ilə əlaqədardır.

Belə ki, Rusiya və Çin BMT Təhlükəsizlik Şurasında Şimali Koreyaya qarşı daha sərt sanksiyaları nəzərdə tutan ABŞ qətnamə layihəsinə səsvermə zamanı veto hüququndan istifadə ediblər. Layihə KXDR-ə xam neft və emal olunmuş məhsulların tədarükünün azaldılmasını nəzərdə tutur. Bundan əlavə, orada haker fəaliyyəti ilə məşğul olduğu iddia edilən Şimali Koreya təşkilatına qarşı sanksiyaların tətbiqindən bəhs edilib, bir sıra digər strukturların aktivlərinin bloklanması da təklif olunub.

Son xəbərlər

Orphus sistemi