Yuxarı
    Bağlamaq

    BMT Baş Assambleyası Azərbaycanın həmmüəllifi olduğu qətnaməni qəbul edib

    Sentyabrın 30-u Beynəlxalq Tərcümə Günü elan olunub

    Bakı. 24 may. REPORT.AZ/ BMT-nin Baş Assambleyası sentyabrın 30-nu rəsmi olaraq Beynəlxalq Tərcümə Günü elan edib.

    "Report"un "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, müvafiq qətnamə bu gün qəbul edilib.

    Peşəkar tərcüməyə həsr edilmiş birinci qətnamədə bunun xalqların yaxınlaşmasında, qarşılıqlı anlaşma və əməkdaşlıqda, inkişafın təmin edilməsində, beynəlxalq sülhün və təhlükəsizliyin təmin edilməsində vacib rolu qeyd olunur.

    Sənədin müəllifləri qismində Azərbaycan, Banqladeş, Belarus, Vyetnam, Qətər, Kosta-Rika, Kuba, Paraqvay, Türkmənistan, Türkiyə və Ekvador çıxış ediblər. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi