BMT 76-cı sessiyada iştirakçılardan COVID-19 pasportunun tələb olunması qərarını ləğv edib

BMT 76-cı sessiyada iştirakçılardan COVID-19 pasportunun tələb olunması qərarını ləğv edib BMT sentyabrın 21-də təşkilatın Nyu-York şəhərindəki qərargah binasında keçiriləcək Baş Assambleyasının 76-cı sessiyasının yüksək səviyyəli iclaslarına qatılan liderlərindən COVID-19 pasportu tələb etmək qərarını ləğv edib.
Digər ölkələr
106
18 Sentyabr , 2021 04:13
BMT 76-cı sessiyada iştirakçılardan COVID-19 pasportunun tələb olunması qərarını ləğv edib

BMT sentyabrın 21-də təşkilatın Nyu-York şəhərindəki qərargah binasında keçiriləcək Baş Assambleyasının 76-cı sessiyasının yüksək səviyyəli iclaslarına qatılan liderlərindən COVID-19 pasportu tələb etmək qərarını ləğv edib.

“Report”un yerli bürosu xəbər verir ki, Baş Assambleyanın 76-cı sessiyası prezidenti Abdulla Şahid Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzyanın sərt reaksiyasından sonra qərarın ləğv olunduğunu açıqlayıb.

Belə ki, V.Nebenzya 193 üzv ölkənin nümayəndələrinə göndərdiyi məktubda iştirakçıların peyvənd oldunduqlarını sübut etmədikləri təqdirdə ümumi yığıncaq salonuna buraxılmamasının BMT-nin qaydalarına zidd qərar olduğunu bildirib. Diplomat təşkilatın binasının beynəlxalq ərazi kimi tanındığını və Nyu-York şəhərinin qanunlarına tabe olmadığını deyib.

Xatırladaq ki, Nyu-York şəhər meriyasının Beynəlxalq Əlaqələr Departamenti BMT-yə məktub göndərərək, şəhərin qapalı iaşə obyektlərinə girərkən COVID-19 pasportunun zəruri olduğunu xatırladıb və qaydanın beynəlxalq təşkilatın binasının girişində də tətbiq olunmasını tövsiyə etmişdi.

BMT Baş Assambleyasının 76-cı sessiyasının prezidenti Abdulla Şahid bu təşəbbüsü dəstəkləyərək təşkilatın əməkdaşları da daxil olmaqla, ictimaiyyət qarşısına çıxacaq diplomatlar, jurnalistlərlə ünsiyyətdə olan bütün şəxslərdən COVID-19 pasportunun tələb olunması qərarını verib.

Qeyd edək ki, yüksək səviyyəli həftədə 83 ölkənin liderinin, 43 hökumət başçısının və 23 ölkənin xarici işlər nazirinin iştirakı gözlənilir.

Ümumi müzakirələr sentyabrın 27-də yekunlaşacaq.

Vüsalə Abbasova

Son xəbərlər

Orphus sistemi