BMT: Üç mindən çox miqrant Avropaya gedərkən boğulub və ya itkin düşüb
Digər ölkələr
- 30 aprel, 2022
- 03:10
2021-ci ildə 3 mindən çox qanunsuz miqrant Aralıq dənizi və Atlantik okeanı vasitəsilə Avropaya doğru keçmək istəyərkən boğulub və ya itkin düşüb.
"Report" xəbər verir ki, bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) mətbuat katibi Şabia Mantu Cenevrədə keçirdiyi mətbuat konfransında bildirib.
BMT QAK-ın sözçüsü beynəlxalq ictimaiyyəti quru və dəniz yolu ilə təhlükəli səyahətlər zamanı qaçqınların və sığınacaq axtaranların qorunması üçün təcili dəstək verməyə çağırıb.
Onun sözlərinə görə, 2021-ci ildə Aralıq dənizində 1 924 nəfər və Şimali Afrikadan Kanar adalarına gedən 1 153 miqrant ölüb və ya itkin düşüb.
"Bu ilin əvvəlindən indiyədək daha 478 nəfər dənizdə ölüb və ya itkin düşüb", - Mantu qeyd edib.
Son xəbərlər
12:16
BƏƏ rəsmisi: "Baytarlıq nəzarəti və halal tələbləri ət ixracı üçün vacibdir"
Biznes12:15
Ombudsman: Elektroskuterlərin nəzarətsiz istifadəsi insanların sağlamlıq hüququna təhdid yaradır
Daxili siyasət12:10
Dövlət Agentliyi: "IT SkillSprint" maksimum fokus, ciddi yanaşma tələb edir
İKT12:09
Mənzil İnşaatı Dövlət Agentliyi auditor seçib
Maliyyə12:08
Fərid Osmanov: "Rəqəmsallaşma dövründə praktik bacarıqlar xüsusilə vacibdir"
İKT12:07
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu auditor seçir
Maliyyə12:07
Japarov: Qırğızıstanda dövlət çevrilişi üçün heç bir zəmin yoxdur
Region12:06
Milli Paralimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunmuş poçt markası təqdim olunacaq
Fərdi12:05