ABŞ dövlət katibi Entoni Blinken BMT Təhlükəsizlik Şurasının (TŞ) Ukrayna üzrə nazirlər iclasında iştirak edəcək. O, təşkilatın Baş katibi Antoniu Quterreşlə də görüşəcək.
“Report” xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.
“Blinken BMT Təhlükəsizlik Şurasının Ukrayna üzrə nazirlər iclasında iştirak etmək üçün fevralın 23-24-də Nyu-Yorka gedəcək”, - məlumatda deyilir.
ABŞ dövlət katibi BMT Baş katibi ilə taxıl sazişinin genişləndirilməsi imkanlarını müzakirə edəcək.
Bundan əlavə, E.Blinken və A.Quterreş Ukraynaya genişmiqyaslı iqtisadi, hərbi və humanitar dəstəyi müzakirə edəcəklər.
Qeyd olunur ki, iclas Rusiyanın Ukraynaya qarşı elan olunmamış müharibəyə başlamasının birinci ilinin tamamlanmasına həsr olunacaq.