​Bişkekdə atışma nəticəsində 6 İŞİD silahlısı öldürülüb

​Bişkekdə atışma nəticəsində 6 İŞİD silahlısı öldürülüb Onlar ölkə ərazisində terror aktı törətməyi planlaşdırıblar
Digər ölkələr
18 İyul , 2015 04:32
​Bişkekdə atışma nəticəsində 6 İŞİD silahlısı öldürülüb

Bakı. 18 İyul. REPORT.AZ/ İyulun 16-da Qırğızıstanın paytaxtı Bişkekdə Hökumət evi və parlamentdən 1 kilometr yarım aralıda yerləşən tikilinin ərazisində atışma və partlayışlar baş verib.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, atışma zamanı 6 nəfər öldürülüb, 7 nəfər saxlanılıb.

Cümə günü Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin mətbuat katibi Rahat Sülaymanov bildirib ki, öldürülənlər və saxlanılanların hamısı "İraq-Şam İslam Dövləti" (İŞİD) terror qruplaşmasının üzvləridirlər.

Bu, Qırğızıstan ərazisində İŞİD silahlılarının ilk təzahürüdür.

Sülaymanovun sözlərinə görə, terrorçular ölkə ərazisində iki terror aktı törətməyi planlaşdırıblar: biri iyulun 17-də müsəlmanların Fitr namazına toplaşdığı mərkəzi Bişkek meydanında, digəri Bişkekdən 20 km aralıda yerləşən Rusiyanın "Kant" aviabazası ərazisində.

Son xəbərlər

Orphus sistemi