Birləşmiş Ştatlar Suriyanın paytaxtı Dəməşqə raket zərbələri endirib - VİDEO

Birləşmiş Ştatlar Suriyanın paytaxtı Dəməşqə raket zərbələri endirib - VİDEO Dəməşqə düşən ilk mərmilərin partlayış səsləri eşidilib
Digər ölkələr
14 Aprel , 2018 05:30
Birləşmiş Ştatlar Suriyanın paytaxtı Dəməşqə raket zərbələri endirib - VİDEO

Bakı. 14 aprel. REPORT.AZ/ Birləşmiş Ştatların silahlı qüvvələri prezident Donald Trampın göstərişindən sonra Suriyanın paytaxtı Dəməşqə ilk raket zərbələrini endirib.

“Report” xəbər verir ki, bu barədə hadisə şahidlərinə istinadən "Reuters" məlumat yayıb.

Bildirilir ki, şəhərdə partlayış səsləri eşidilir, tüstü görünür.

Partlayışlar ABŞ prezidentinin Şərqi Qutada kimyəvi silah tətbiqinə cavab olaraq Suriyaya qarşı hərbi əməliyyatlara başlanması barədə əmrindən dərhal sonra baş verib.

SANA agentliyinin məlumatına görə, Suriyanın hava hücumundan müdafiə sistemləri ABŞ, Fransa və Böyük Britaniya hərbi qüvvələrinin Dəməşqə endirdiyi raket zərbələrinin qarşısını alır.

Son xəbərlər

Orphus sistemi