Birləşmiş Ərəb Əmirlikləri Suriyada terrorçulara qarşı hava zərbələrini dayandırıb

Birləşmiş Ərəb Əmirlikləri Suriyada terrorçulara qarşı hava zərbələrini dayandırıb Birləşmiş Ərəb Əmirlikləri hərbi pilotların təhlükəsizliyini təmin etmək istəyir
Digər ölkələr
5 Fevral , 2015 00:19
Birləşmiş Ərəb Əmirlikləri Suriyada terrorçulara qarşı hava zərbələrini dayandırıb

Bakı. 5 fevral. REPORT.AZ/ Birləşmiş Ərəb Əmirlikləri İordaniyalı pilotun "İslam Dövləti" (İD) qruplaşmasının üzvləri tərəfindən diri-diri yandırılmasının ardından Suriyada İD-yə qarşı hava zərbələri kampaniyasından çıxıb. "Report" xəbər verir ki, buna səbəb kimi əsir düşən pilotların xilasına dair heç bir taktiki proqramın mövcud olmaması göstərilir.

Beləliklə, Birləşmiş Ərəb Əmirlikləri hərbi pilotların təhlükəsizliyini təmin etmək istəyib.

Qeyd edək ki, Birləşmiş Ərəb Əmirlikləri İranın İD-ə qarşı kampaniyada geniş iştirakına imkan yaradılmasından da narazıdır.

Son xəbərlər

Orphus sistemi