Bir sıra ölkələr Britaniyada Ukrayna hərbçilərinə təlim keçəcək

Bir sıra ölkələr Britaniyada Ukrayna hərbçilərinə təlim keçəcək Ukrayna Silahlı Qüvvələrinin əsgərlərinə təlim keçmək üçün Böyük Britaniyaya İsveç, Kanada və Niderlanddan təlimatçılar göndərilib.
Digər ölkələr
8 Avqust , 2022 04:18
Bir sıra ölkələr Britaniyada Ukrayna hərbçilərinə təlim keçəcək

Ukrayna Silahlı Qüvvələrinin hərbçilərinə təlim keçmək üçün Böyük Britaniyaya İsveç, Kanada və Niderlanddan təlimatçılar göndərilib.

Bu barədə “Report” “Defence Express”ə istinadən xəbər verir.

Nəşrin məlumatına görə, digər ölkələrdən hərbi təlimatçıların cəlb edilməsinin təşəbbüskarı Böyük Britaniya olub. Xarici hərbçilərin ümumi sayı təxminən 350 nəfər olacaq, onlar avqustun sonunda Britaniya poliqonuna gələcəklər.

Nəşr qeyd edir ki, bir qrup isveçli təlimatçı avqustun 12-dən dekabrın 31-dək poliqonda olacaq, 10 min nəfərlik Ukrayna hərbçisinin təlimi isə oktyabrda başa çatmalıdır. Bu o deməkdir ki, Böyük Britaniya silahlıların ilk partiyasını buraxdıqdan sonra Ukrayna ordusuna təlim keçməyə davam edəcək.

Son xəbərlər

Orphus sistemi