Bir ildə Pentaqonun müqavilələr üzrə xərcləri 389,5 milyard dollar təşkil edib

Bir ildə Pentaqonun müqavilələr üzrə xərcləri 389,5 milyard dollar təşkil edib ABŞ Müdafiə Nazirliyi 2022-ci maliyyə ilində müxtəlif müqavilələrə 389,5 milyard dollar xərcləyib, “Lockheed Martin” bu vəsaitin 44,5 milyard dollarını alıb.
Digər ölkələr
27 Sentyabr , 2023 05:19
Bir ildə Pentaqonun müqavilələr üzrə xərcləri 389,5 milyard dollar təşkil edib

ABŞ Müdafiə Nazirliyi 2022-ci maliyyə ilində müxtəlif müqavilələrə 389,5 milyard dollar xərcləyib, “Lockheed Martin” bu vəsaitin 44,5 milyard dollarını alıb.

“Report” xəbər verir ki, bu barədə hərbi idarənin hesabatında deyilir.

Sənədə əsasən, ABŞ Müdafiə Nazirliyinin ölkənin 50 ştatında və Kolumbiya dairəsində müqavilələr üzrə öhdəlikləri, maaşların ödənilməsi və qrantların verilməsi xərcləri 558,7 milyard dollar təşkil edib ki, bu da ölkənin ÜDM-nin 2,2%-nə bərabərdir.

Ümumi xərclər bütün ABŞ sakinləri arasında bölüşdürülsə, bu, hər Amerika vətəndaşına 1679 dollar olacaq. Bu vəsaitin 389,5 milyard dolları (70%) məhsul və xidmətlər üzrə müqavilələrə xərclənib, 159,4 milyard dolları (28%) ABŞ Müdafiə Nazirliyinin əməkdaşlarına əmək haqqı kimi ödənilib, 9,7 milyard dolları (2%) isə qrant şəklində verilib.

Şirkətlər arasında Pentaqondan hesabat dövründə müqavilələr üzrə ən çox vəsaiti “Lockheed Martin” korporasiyası alıb - 44,5 milyard dollar. İkinci yerdə “Raytheon Technologies” (25,4 milyard dollar), üçüncü yerdə isə “General Dynamics” (21,5 milyard dollar) qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi